Məzmuna keç

Tırla yük maşını toqquşdu: 2 ölü, 3 yaralı

Türkiyənin Tokat vilayətində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Tokatın Zile rayonunda yük maşını tırla toqquşub.

Qəza nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb

Hadisə yerinə polis və tibb qrupları cəlb olunub.

Yaralılar Zilə Dövlət Xəstəxanasına çatdırılıblar.

Hadisənin səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə