Məzmuna keç

Gürcüstanda matəm elan edildi

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 5 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. 

Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək. 

Xatırladaq ki, noyabrın 19-da səhər saatlarında Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda 5 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb.