Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası husilərin hücum cəhdlərinin qarşısını alıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bu barədə koalisiyanın rəsmisi Türki əl-Maliki məlumat yayıb.
Maliki bildirib ki, Səudiyyə Ərəbistanının cənubuna doğru buraxılan iki pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raket hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Eyni zamanda, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi ölkənin cənubundakı Əbha və Xamis Muşait şəhərlərində erkən xəbərdarlıq sisteminin işə düşdüyünü və təhlükə siqnalı verildiyini elan edib.
Şəbnəm Mehdizadə
