Türkiyənin Muş vilayətində güclü yağış və ildırım bir sıra fəsadlar törədib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Muşun Korkut rayonunda güclü yağış zamanı məscidin minarəsinə ildırım düşüb. Hadisə nəticəsində məscidin minarəsi uçub, qapı və pəncərələri sınıb. Həmçinin bir ev və avtomobilə ziyan dəyib.
Həmin vaxt məsciddən çıxan 60 yaşlı Fethi Akın başına daş parçalarının dəyməsi nəticəsində yaralanıb. Muş Dövlət Xəstəxanasına yerləşdirilən yaralının vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisə yerinə jandarma, AFAD əməkdaşları və bələdiyyə briqadaları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb və dağıntıların təmizlənməsi işləri aparılıb.
Şəbnəm Mehdizadə
