Məzmuna keç

İndoneziyada baş verən güclü yanğın nəticəsində 24 nəfər ölüb

İndoneziyanın Banten əyalətində yerləşən şirniyyat fabrikində baş verən yanğın nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şənbə günü axşam saatlarında paytaxt Cakartadan təxminən bir saatlıq məsafədə, Cikande bölgəsindəki “PT Fonusa Agung Mulia” qənnadı fabrikində qeydə alınıb. Fabrikin baş direktoru Steven Erwin Wijayanın sözlərinə görə, həmin vaxt növbədə təxminən 300 işçi olub.

Prezidentin əmək məsələləri üzrə müşaviri Said İqbal bildirib ki, ilkin ehtimala görə yanğına kondisioner sistemindəki qısaqapanmanın səbəb olub. O bildirib ki, müəssisədə təhlükəsizlik qaydalarına əməl olunub-olunmadığı araşdırılır.

Xilasedicilər itkin düşmüş təxminən 30 nəfərin axtarışlarını davam etdirirlər.

Şəbnəm Mehdizadə