Məzmuna keç

İtaliyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət etdi

İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

E-huquq.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

“Bakı Şəhidlər xiyabanına ziyarət. Azadlıq uğrunda həlak olanların, nifrət və zülm qurbanlarının xatirəsinə ehtiram”, – Tayani qeyd edib.