“İnnovasiya və Təchizat Mərkəzi”nin “Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası binasının, yardımçı korpuslarının əsaslı təmiri və yenidənqurması, həyətyanı sahəsinin abadlıq-quruculuq işləri”nin satın alınması ilə bağlı elan etdiyi tender ləğvedilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 10.689.586,02 manat olub.
Şəbnəm Mehdizadə
