Məzmuna keç

Şəmkirdə kişi meyiti tapıldı

Şəmkir rayonunda orta yaşlı kişinin meyiti aşkarlanıb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Ağdağlar adlanan ərazisində qeydə alınıb.

Meyiti tapılan şəxs Gədəbəy rayonun Düzyurd kənd sakini 1983-cü il təvəllüdlü İ.Məmmədovdur.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

İlkin məlumata görə, meyitin itlər tərəfindən parçalandığı bildirilir. Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.