Məzmuna keç

Qazaxda 63 yaşlı kişi Kür çayında batıb

Noyabrın 22-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində batığı ehtimal olunan 1963-cü il təvəllüdlü Məmmədov Yaqub Telman oğlunun və Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Muradov Xəyal Hidayət oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

E-huquq.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda vətədaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlərdə davam etdirilir.

Əlavə məlumat veriləcək.