Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 20 nəfər saxlanıldı

Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 20 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Albatros” kod adlı gizli şahiddən əldə edilən məlumatlar əsasında 20 şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib.

Bu çərçivədə Ankara mərkəz olmaqla üç vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Prokurorluğun barələrində saxlanılma qərarı verdiyi 20 nəfərin hamısı yaxalanaraq nəzarətə götürülüb.

Bildirilib ki, faktla bağlı istintaq hərtərəfli və diqqətlə davam etdirilir.

Şəbnəm Mehdizadə