Məzmuna keç

İngiltərədə bu yay istilər 5 258 nəfərin ölümünə səbəb olub

İngiltərədə 2026-cı ilin yayında həddindən artıq istilərlə əlaqəli 5 258 ölüm hadisəsi qeydə alınıb. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın Səhiyyədə Təhlükəsizlik Agentliyinin (UKHSA) hesabatında yer alır.

Hesabata görə, may-sentyabr aylarında qeydə alınan ölüm halları 2022-ci ildəki əvvəlki rekord göstəricini təxminən iki dəfə üstələyib.

Ən çox ölüm iyunun 21-dən 28-dək davam edən isti dövrdə qeydə alınıb. Həmin həftə yüksək temperaturla əlaqəli 2 401 ölüm faktı qeydə alınıb.

Bu yay ölkədə ardıcıl beş istilik dalğası müşahidə olunub, bir çox bölgədə iki aydan çox əhəmiyyətli yağıntı düşməyib. İyul ayı ölkə tarixinin ən quraq aylarından biri kimi qeydə alınıb. İngiltərənin 71,3 faizində, o cümlədən Londonda və Uelsdə quraqlıq elan edilib.

Hesabatda iqlim dəyişikliyi nəticəsində ekstremal istilərin daha tez-tez, uzunmüddətli və intensiv olacağı proqnozlaşdırılır. İctimai sağlamlığın qorunması üçün uzunmüddətli tədbirlərin görülməsinin vacibliyi vurğulanır.

Şəbnəm Mehdizadə