Məzmuna keç

ABŞ-də təyyarə qəzası – 6 nəfər öldü

ABŞ-nin Missisipi ştatında kiçik mühərrikli təyyarənin dənizə düşməsi nəticəsində ikisi uşaq olmaqla 6 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi Xidmətinin sözçüsü Xuan Ros açıqlamasında Missisipi ştatında “Cessna 210” tipli kiçik təyyarənin dənizə düşdüyünü bildirib.

Onun sözlərinə görə, qəza yerində təyyarənin qalıqları aşkarlanıb. Axtarış-xilasetmə işləri zamanı 8 və 10 yaşlı 2 uşağın, eləcə də 4 böyük şəxsin meyiti tapılıb.

Dünyada uçuşların hərəkətini izləyən “FlightAware” platformasının məlumatına əsasən, təyyarə Luiziana ştatının Yeni Orlean şəhərindən Florida ştatının Fort-Mayers şəhərinə uçmaq üçün havaya qalxıb.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırmaya başlayıb.

Şəbnəm Mehdizadə