Böyük Britaniya 1950-1960-cı illərdə Sakit okean adalarında keçirilən nüvə sınaqlarında iştirak etmiş hərbçilərin və onların övladlarının sağlamlıq problemləri ilə bağlı iddiaları araşdırmaq üçün müstəqil komissiya yaradacaq.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, komissiyaya Liverpulun keçmiş yepiskopu Ceyms Cons rəhbərlik edəcək. Araşdırma nüvə sınaqlarının veteranlara və onların ailələrinə təsirini, həmçinin uzun illərdir səsləndirilən iddiaları əhatə edəcək.
Veteranlar sınaqlar zamanı lazımi qoruyucu vasitələrlə təmin edilmədiklərini, radioaktiv çöküntülərə məruz qaldıqlarını və bunun sonradan ciddi sağlamlıq problemlərinə səbəb olduğunu iddia edirlər. Bəzi hərbçilər xəstəliklərinin övladlarına da təsir etdiyini bildirirlər.
BBC-nin “Newsnight” proqramında yayımlanan reportajda veteranlar və onların ailə üzvləri xərçəng xəstəlikləri, övlad itkisi və digər sağlamlıq problemlərindən bəhs ediblər. Onlar bu halların nüvə sınaqları ilə əlaqəli olduğunu düşünürlər.
Baş nazir Endi Börnem bildirib ki, veteranlar və ailələri həqiqətin üzə çıxmasını uzun müddətdir gözləyirlər və yaradılacaq komissiya bu məsələyə aydınlıq gətirməlidir. Hökumət həmçinin veteranların xatirəsinin yaşadılması və mövzu ilə bağlı araşdırmaların dəstəklənməsi istiqamətində tədbirlər görəcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə
