İsrail İrana qarşı yeni hərbi əməliyyat keçirmək üçün ABŞ-nin dəstəyinə ehtiyac duymur və hücumu müstəqil şəkildə həyata keçirməyə hazırdır.
E-huquq.az xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü Effi Defrin söyləyib.
O, İran ətrafındakı vəziyyəti yaxından izlədiklərini vurğulayaraq, İsrail ordusunun istənilən an, hətta ABŞ-nin iştirakı olmadan da İrana qarşı güclü hücum həyata keçirə biləcəyini qeyd edib. Defrin təhlükəsizlik təlimatlarında hər hansı dəyişikliyin olmadığını da bildirib.
O, İsrail ordusunun qanunlara uyğun hərəkət etdiyini müdafiə edib.
Qeyd edək ki, İsrail mediasının məlumatına görə, Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İrana qarşı genişmiqyaslı hücumların bərpası ilə bağlı təzyiq göstərib.
Şəbnəm Mehdizadə
