Məzmuna keç

Sərnişin təyyarənin qapısını açmağa çalışdı – Təyyarə təcili eniş etdi

ABŞ-də “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki şəxsin çıxış qapısını açmağa cəhd etməsi səbəbindən marşrutunu dəyişərək Feniks şəhərinə təcili eniş edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, San-Dieqo–Çikaqo marşrutu üzrə uçuş həyata keçirən təyyarə hadisədən sonra istiqamətini dəyişməli olub.

Feniks şəhərinə yönləndirilən təyyarə “Sky Harbor” Beynəlxalq Hava Limanına təcili eniş edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərdən birinin təyyarənin çıxış qapısını açmağa çalışdığı, kabin heyətinin isə dərhal müdaxilə edərək onun qarşısını aldığı əks olunub.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasına əsasən, hadisə zamanı həmin sərnişindən başqa xəsarət alan olmayıb. Qapını açmağa cəhd edən şəxs yüngül xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı FAA və yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb.

Şəbnəm Mehdizadə