Əfqanıstanın Kunar vilayətindəki orta məktəbdə baş verən güclü partlayış nəticəsində azı 25 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e Subh Daily” nəşri məlumat yayıb.
Həlak olanların və xəsarət alanların hamısı orta məktəb şagirdləridir. Yaralılar vilayət xəstəxanasına çatdırılıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
***
Əfqanıstanın şərqindəki Kunar vilayətində orta məktəbdə baş verən partlayış nəticəsində bir neçə şagird ölüb və yaralanıb.
E-huquq.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin nümayəndəsi Fərid Dehqan bildirib.
Onun sözlərinə görə, partlayış bu gün səhər Andar-Ser rayonunda yerləşən məktəbdə baş verib.
Ölənlərin və yaralananların dəqiq sayı, həmçinin partlayışın səbəbi hələlik məlum deyil.
Hadisə yerində Pakistanla sərhəddə yerləşən Kunar vilayətindən olan istintaq qrupları işləyir.

