Böyük Britaniyanın Müdafiə Nazirliyi 100 min keçmiş hərbi qulluqçuya mümkün münaqişə və müharibə vəziyyətinə hazırlıq məqsədilə müraciət edib.
E-huquq.az xəbər verir ki, müdafiə naziri Wes Streeting LBC radiosuna açıqlamasında keçmiş hərbçilərə göndərilən məktubun məqsədinin onların əlaqə məlumatlarını və hazırkı bacarıqlarını yeniləmək olduğunu bildirib.
Nazirin sözlərinə görə, söhbət Müdafiə Nazirliyinin strateji ehtiyat qüvvələrinə daxil olan şəxslərdən gedir. Onlar zərurət yaranacağı təqdirdə ölkə daxilində və xaricdə xidmətə çağırıla bilərlər.
O vurğulayıb ki, hazırda keçmiş hərbçilərin dərhal aktiv xidmətə cəlb edilməsi nəzərdə tutulmur. Sadəcə onların əlaqə məlumatları, hazırkı yaşayış yerləri, məşğulluqları və hərbi xidmətdən sonra əldə etdikləri bacarıqlar barədə məlumatlar yenilənir.
Qeyd edək ki, Böyük Britaniya İkinci Dünya müharibəsindən bəri ilk dəfə ehtiyatda olan keçmiş hərbi qulluqçuları mümkün münaqişəyə hazırlıq məqsədilə belə genişmiqyaslı məlumatlandırma tədbirinə cəlb edib.
Şəbnəm Mehdizadə
