Fransanın informasiya agentliyi “France Presse” (AFP) kiberhücuma məruz qalıb.
E-huquq.az xəbər verir ki, kiberhücum noyabrın 25-dən 26-na keçən gecə baş verib.
Hücum nəticəsində agentliyin foto və video materiallarının yayımlandığı platformaya giriş müvəqqəti dayandırılıb.
AFP rəhbərliyinin bəyanatına görə, hücum agentliyin foto və video materiallarının yayılması üçün istifadə olunan “AFP Forum” platformasını hədəf alıb.
Hücum aşkar edildikdən sonra təhlükəsizlik məqsədilə platforma şəbəkədən ayrılıb və ona giriş müvəqqəti məhdudlaşdırılıb.
Agentlik hadisə ilə bağlı araşdırmanın davam etdiyini, hücumu həyata keçirən şəxslərin kimliyinin hələ müəyyən edilmədiyini bildirib.
Şəbnəm Mehdizadə
