Məzmuna keç

İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 44 nəfərə çatdı –

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, hazırda 229 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.

***

09:34

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 43 nəfər çatıb.

E-huquq.az-ın xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Zəlzələ zamanı 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.