Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
9 binanın dağıntıları altında axtarışlar aparılır.
Xatırladaq ki, 30 oktyabrda İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə ciddi uçqunlara səbəb olub.
