Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emanuel Makron arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bundan əlavə, iki ölkə lideri terrorizmlə mübarizədə qərarlı olduqlarını vurğulayıblar.
