Məzmuna keç

Səfər Mehdiyev və Mikayıl Cabbarovun iştirakı ilə tələbələrin yekun dövlət attestasiyası keçirilib

Səfər Mehdiyev və Mikayıl Cabbarovun iştirakı ilə tələbələrin yekun dövlət attestasiyası keçirilib

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə tələbələrinin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) keçirilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, iyulun 3-də Komitənin inzibati binasında keçirilən imtahan prosesində DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, "İqtisadiyyat" ixtisası üzrə komissiyanın sədri – Vergilər naziri Mikayıl Cabbarov, eyni zamanda DGK-nın müvafiq strukturlarının rəhbərləri, Gömrük Akademiyasının, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad məktəbinin, Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.

İmtahandan əvvəl çıxış edən DGK-nin Akademiyasının rəisi Qulu Novruzov Akademiyanın "İqtisadiyyat" ixtisası üzrə bitirən tələbələr barədə məlumat verib, onların bir sıra dövlət qurumlarında – İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatasında təcrübə keçdiklərini bildirib və gənclərə yekun dövlət attestasiyasında müvəffəqiyyətlər arzulayıb.

Sonra Komitə sədri S.Mehdiyev və Vergilər naziri M.Cabbarov tələbələrə uğurlar arzulayaraq ali təhsilin ilk pilləsində qazandıqları biliklərin şəxsiyyətlərinin formalaşmasında və gələcək fəaliyyətlərinin qurulmasında mühüm rol oynayacağını bildirib, mövcud potensiallarından səmərəli şəkildə istifadə edərək daima dövlətə, xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.

Sonra tələbələr seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası üzvlərinin suallarını ətraflı cavablandırıblar.

Xatırladaq ki, bu il DGK-nin Akademiyasında "İqtisadiyyat" ixtisası üzrə 22 tələbənin təhsili başa vurması gözlənilir.