Məzmuna keç

Deputat Rafael Cəbrayılov təltif edilib

Milli Məclisin deputatı Rafael Cəbrayılov təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.

E-huquq.az xəbər verir ki, bu barədə R. Cəbrayılov məlumat verib.

Deputat medalı qürur hissi ilə qəbul etdiyini bildirib: "Bu şanlı medalı qürur hissi ilə qəbul edərək öz adımdan və seçicilərim adından cənab Prezidentə təşəkkürlərimi bildirirəm".