İraqın keçmiş prezidenti Səddam Hüseyn barəsində edam hökmü çıxaran hakimlərdən biri olan Rauf Reşid vəfat edib.
E-huquq.az “Ahaber”ə istinadən xəbər verir ki, o, iyunun 4-də İraqın Süleymaniyyə şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Milliyyətçə kürd olan R.Reşid məhkəmədə Səddam Hüseyn barəsində çıxarılan edam hökmünü oxuyub.
Qeyd edək ki, S.Hüseyn İraq məhkəməsinin 2006-cı il noyabr 5-də çıxardığı qərarla ölüm hökmünə məhkum edilib. S.Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam olunub.
