Məzmuna keç

Azərbaycan Prezidenti: “Ermənilər bizim evlərimizdə yaşayıblar”

“Birinci Ağalı kəndi. Bura da dağıdılıb. Amma bəzi evlər qalıb. Ermənilər bizim evlərimizdə yaşayıblar. Daha bəsdir, özümüz yaşayacağıq öz evlərimizdə. Onlar da getsinlər öz vətənlərində yaşasınlar”.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonunun Birinci Ağalı kəndinə səfəri zamanı deyib.

Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.