Məzmuna keç

Prezident Qubadlının kəndindəki ermənicə lövhəni sökdürdü: “Bilsinlər ki, bura Qəzyandır” –

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı rayonunda olarkən işğal dövründə erməni dilində yazılaraq yol kənarında quraşdırılan lövhəyə rast gəliblər.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Qəzyan kəndində olub.

Hərbçilərə “Gəlin, sökün bunu” deyən Prezident aşırılmış lövhənin üzərinə çıxaraq bildirib:

“Bax belədir! Bilsinlər ki, bura Qəzyan kəndidir. Bunu isə aparsınlar Ermənistana”.