Məzmuna keç

Azərbaycanda satınalma prosedurlarında iştirak edən podratçıların vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir

Azərbaycanda satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir

Azərbaycanda satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir.

E-huquq.az xəbər verir ki, bu, “Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, həm də son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək.

Təklif olunan dəyişiklikdə məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.

Mənbə: APA