Türkiyənin İstanbul şəhərində yağan güclü leysan yağışlarından sonra İstanbul boğazının suları palçıqlı axıntılar səbəbindən iki fərqli rəng alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meteorologiya Baş İdarəsinin xəbərdarlıqlarından sonra gecə saatlarından etibarən İstanbulda təsirini göstərən güclü leysan yağışları gündəlik həyata mənfi təsir edib.
Səhər saatlarından etibarən ən çox yağıntı Şile rayonunun Darlık məhəlləsində qeydə alınıb.
Güclü yağışlar nəticəsində yaranan palçıqlı sular çaylar vasitəsilə İstanbul boğazına axıb.
Nəticədə dənizin səthində fərqli rəng çalarları yaranıb.
Boğazın palçıqla örtülən hissələri Beykoz rayonundan havadan görüntülənib.

Şəbnəm Mehdizadə
