Məzmuna keç

Dövlət Neft Fondunun Müşahidə Şurası büdcə layihəsini müzakirə etdi –

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iclasda Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və Qaydaları, eləcə də digər məsələlər müzakirə edilib.

Dövlət Neft Fondunun 2021-ci il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.