Türkiyənin müdafiə naziri Hulisi Akar, Bakıda Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək hərbiçilərlə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Hulisi Akar bildirib ki, türk hərbiçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar:
“Ortaq Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq. Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”.
