21.10.2026
Trampın tərəfdarları ABŞ Konqresinin binasına zorla daxil olublar
Dünya

Trampın tərəfdarları ABŞ Konqresinin binasına zorla daxil olublar

Yan 7, 2021

ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ABŞ Konqres Binasının qarşısındakı çəpərləri dağıdaraq polislə toqquşub.

E-huquq.az-ın məlumatına görə, bu barədə üst palatanın iclasına sədrlik edən senator Ceyms Leknford bildirib.

Məlumata əsasən, hər iki palata prezident seçkilərinin nəticələrinin təsdiqləməsi ilə bağlı birgə iclasın dayandırılmasından sonra Arizona ştatında keçirilmiş səsverməyə etirazları müzakirə edirdi.

Senator qeyd edib ki, etirazçılar ABŞ Konqresin binasındadır. O əlavə edib ki, Nümayəndələr Palatası kimi Senat da fasiləyə ayrılıb.