"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb".
E-huquq.az xəbər verir ki, bunu koronavirus əleyhinə bu gün peyvənd olunan səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Onun sözlərinə görə, əksər ölkələrdə vaksinasiya ilin sonunda başlayacaq: "Amma Azərbaycan bütün şirkətlərlə əlaqələr qurub. Vaksin kifayət qədər təhlükəsizdir. Bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. Vətəndaşlarımızı vaksinasiyaya qoşulmağa dəvət edirik".
