Məzmuna keç

VK Mülki Prosessual Məcəlləyə 90-a yaxın əlavə və dəyişiklik təklif edir

Vəkillər Kollegiyası Mülki Prosessual Məcəlləyə 90-a yaxın əlavə və dəyişiklik təklif edir

Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən yaradılmış Mülki hüquq istiqaməti üzrə Vəkillər Kollegiyasının (VK) ixtisaslaşmış üzvlərindən ibarət işçi qrupun növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı təkliflər səsləndirilib və müzakirə olunub. İndiyədək keçirilən iclaslarda ümumilikdə 90-a yaxın əlavə və dəyişikliklə bağlı təklif irəli sürülüb.

Sonda təkliflər paketi baxılması üçün Azərbaycan Respublikası Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəməyə göndəriləcək.