Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə ötən sutka ərzində 6 nəfər, o cümlədən “VAZ” markalı iki minik avtomobilinin Şabran rayonu, Taxtalar kəndində toqquşması nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub.
