Məzmuna keç

DİN 15 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yaydı

Ağcabədi rayonunda 15 yaşlı yeniyetmə qız uşaq dünyaya gətirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan e-huquq.az-a bildirilib ki, bu barədə Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Faktla bağlı RPŞ-nin əməkdaşları tərəfindən ilkin araşdırma tədbirləri başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.