Məzmuna keç

Şüvəlanda 3 nəfər dənizdə boğuldu

Bakının Xəzər rayonunda qeyri-çimərlik ərazisində 3 nəfər dənizdə boğulub.

Hadisə Şüvəlan qəsəbəsi ərazisində nəzarətsiz zonada, qeyri-çimərlik ərazisində baş verib.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın e-huquq.az-a verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicləri hadisə yerinə cəlb olunub.

Dənizdə boğulan hər üç nəfərin meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.