Məzmuna keç

Yevlaxda ağır avtomobil qəzası olub, ölən və yaralılar var

Yevlax-Mingəçevir avtomobil yolunun Yevlax rayon Əkşəm kənd ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, minik avtomobilinin kiçik tutumlu yük avtomobili ilə toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Nuru Kərimov ölüb.

Qəzada yaralanan 1995-ci il təvəllüdlü Fərhad Mustafayev, 1995-ci il təvəllüdlü Ərşad Quliyev və 1975-ci il təvəllüdlü Cəvahir Həsənova və daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.