Məzmuna keç

Bakıda mikroavtobus yandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 500 m² olan bir dam altında tikilən 7 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları 18 m² sahədə və içərisində təmirə dayanan ”Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.

E-huquq.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.