Məzmuna keç

Sürücülərin NƏZƏRİNƏ! Sabah Bakıda bu yol bağlı olacaq

Nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 02-03 avqust tarixlərində axşam saat 22 00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən e-huquq.az-a bildirilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.