Məzmuna keç

Prezident: “Ermənilər Kəlbəcəri tərk edərkən buraları dağıdıblar”

“Baxın bu dağıntılara, ermənilər Kəlbəcəri tərk edərkən buraları dağıdıblar”.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.

"Bütün binaları, su elektrik stansiyalarını, hamısını dağıdıblar. Bu dağıntılar erməni vəhşiliyinin növbəti təzahürüdür", – deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.