Məzmuna keç

Azərbaycan Prezidenti: “Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə qurulacaq”

“İndi biz Laçın rayonuna gedirik. Kəlbəcər şəhərinə sonra gedəcəyik”.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri zamanı deyib.

“Laçında bu gün hava limanının təməli qoyulacaq. Kəlbəcər-Laçın yolu da yenidən ən yüksək səviyyədə qurulacaq. Və indicə təməlini qoyduğum hər iki tunel bu yolu daha da rahat edəcək”, – Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.