Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiq edilib.
E-huquq.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
