Ombudsman Səbinə Əliyeva, Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, təşkilatın Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin və Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şəhidlər Xiyabanını ziyarət ediblər.
E-huquq.az-ın xəbərinə görə, qonaqlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad ediblər.
Onlar daha sonra Bakı Türk Şəhidliyini də ziyarət ediblər.
Qeyd edək ki, Türkiyə və Pakistan Ombudsman heyətləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti ilə Azərbaycana səfərə gəliblər.
