Məzmuna keç

Zakir Həsənov II Fəxri xiyabanı ziyarət etdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib.

E-huquq.az xəbər verir ki, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.