Məzmuna keç

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi –

Sentyabrın 27-də – Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

E-huquq.az xəbər verir ki, dövlətimizin başçısı, birinci vitse-prezident Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.