Məzmuna keç

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən bildirilib.

Mıəlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd olunub ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.