Məzmuna keç

Bakı Ağır Cinayətlər Məhkəməsinin şöbə rəisi işdən çıxarıldı

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi, ədliyyə polkovniki Mübariz Məmmədov işdən çıxarılıb.

E-huquq.az-ın məlumatına görə, o, xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

M.Məmmədov daha aşağı vəzifəyə – Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib.

Qeyd edək ki, o, 3 ilə yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi işləyib.