Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçiriləcək.
E-huquq.az-ın məlumatına görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair sorğusuna baxılacaq.
Məhkəmə iclası 2022-ci ilin yanvarın 6-na təyin edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 16-cı maddəsində cinayətlərin təkrar törədilməsi, 75-ci maddəsində isə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə nəzərdə tutulub.
