Məzmuna keç

“Azəriqaz” sabah Şəmkirdə sahibkarlarla görüş keçirəcək

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi SABAH "Açıq mikrofon” aksiyası çərçivəsində Şəmkir rayonunda sahibkarlarla görüş keçirəcək.

E-huquq.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Şəmkir şəhəri, Heydər Əliyev prospektindəki Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq aksiyada "Azəriqaz"ın rəhbər şəxsləri sahibkarları maraqlandıran sualları cavablandıracaq.

“Səyyar qəbul otağı” dekabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.