İngiltərədə “Hallowen” münasibətilə təşkil olunan əyləncəli tədbirdə 5 nəfər bıçaqlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şənbə günü Eastleigh yaxınlığında baş verib.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları 16 yaşlı üç və 17 yaşlı iki gəncin bıçaq xəsarətləri aldığını müəyyən ediblər. Yaralılar xəstəxanaya çatdırılıb.
Hampshire Polisi bildirib ki, hücumdan əvvəl kimliyi müəyyənləşdirilməyən bir qrup şəxsin Park Road küçəsində yerləşən evdəki şənliyə zorla daxil olduğu ehtimal edilir.
Polis hadisə ilə bağlı şahidləri və hər hansı məlumatı olan şəxsləri hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırıb.
Şəbnəm Mehdizadə
